Belçikalı futbolçu "Qarabağ"ı təklifini qəbul etməyib

Sayta qoyulub: 12:57 21.08.2018 (331 dəfə oxunub)

Belçikalı futbolçu "Qarabağ"ı təklifini qəbul etməyib
 

Belçikanın "Gent" klubunun hücumçusu Mamadu Silla Diallo Azərbayacana gəlməkdən imtina edib. 24 yaşlı forvard özü bu barədə məlumat verib. 24 yaşlı hücumçu onun xidmətində "Qarabağ"ın maraqlı olduğunu açıqlayıb. Lakin Diallo "Qarabağ"la yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı və Avropanın ortabab klublarını rədd etdiyini deyib. Mamadu Belçikanın digər təmsilçisi "Zulte Vareqem"ə transfer olub.

Qeyd edək ki, hücumçu "Barselona"nın yetirməsidir. O, peşəkar karyerasına "Espanyol"da başlayıb. Silla "Rasinq" və "Eypen" klublarında da çıxışb edib.

XƏBƏR LENTİ