Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb

Sayta qoyulub: 08:06 21.08.2018 (128 dəfə oxunub)

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.

Azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2 - 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir və Sky Box biletlərinə şamil olunmur.

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu 20:00-da başlayacaq.

 

 

 

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb

 

 

 

 

report

XƏBƏR LENTİ