F.Alonso Şumaxer üçün darıxır

Sayta qoyulub: 08:05 21.08.2018 (82 dəfə oxunub)

McLaren komandasının sürücüsü Fernando Alonso əzəli rəqibi Mixael Şumaxer və keçmişdə mübarizə etdiyi başqa sürücülər üçün darıxıb.

F-1.az xatırladır ki, Fernando Alonso 18 illik Formula1 karyerası ərzində Şumaxer, Kultxard, Montoya, Kubitsa, Rəykkönen, Həmilton, Fettel, Rikkardo və Ferstappen kimi sürücülərlə mübarizə aparıb.

İspaniyalı sürücü Trulli, Vilnöv, Fizikella, Həmilton, Pike, Massa, Rəykkönen, Batton kimi sürücülərlə komanda yoldaşı olub.

Fernando Alonso: “Əvvəlki komanda yoldaşların üçün darıxıram. Yarno Trulli və Cankarlo Fizikella bunlardan bəziləridir. Onlarla və Briatore ilə Renault komandasında gözəl atmosfer yaranmışdı. Robert Kubitsa üçün də darıxdım. Mixael üçün darıxıram. Çünki onunla gözəl mübarizəmiz oldu. Əfsanəvi sürücülər üçün hamı eyni hissləri keçirir”.

XƏBƏR LENTİ