PFL iki oyunun vaxtını dəyişdi

Sayta qoyulub: 18:46 20.08.2018 (80 dəfə oxunub)

 

PFL iki oyunun vaxtını dəyişdi

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının 3-cü turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. “Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni  rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.

XƏBƏR LENTİ