Bavariya və PSG Bernatın transferində razılığa gəldi

Sayta qoyulub: 10:09 20.08.2018 (170 dəfə oxunub)

Transfer pəncərəsinin sonuna qədər PSG sol cinah müdafiəçisi almağı planlaşdırır.

 

Parislilər üçün əsas variant Felipe Luisdir. Alternativ isə Bavariyadan Xuan Bernatdır.

 

Luis Atletikodakı vəziyyətindən narazıdır və rəhbərliyə getmək istədiyini bildirib.

 

Lakin madridlilər 33 yaşlı futbolçunu 30 milyondan aşağı satmaq istəmir. PSG isə yalnız 5 milyon təklif edir.

 

Əgər Felipe Luisin istəyi kəskin olarsa onu Atletiko 12-14 milyona satmağa razılıq verəcək.

 

25 yaşlı Bernatın transferi isə klublar arasınsda artıq razılaşdırılıb. 25 yaşlı ispan üçün PSG 14 milyon avro ödəyəcək.

XƏBƏR LENTİ