“Şeydayev hələ hazır deyil” - Tixonov

Sayta qoyulub: 07:50 20.08.2018 (127 dəfə oxunub)

Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda “Lokomotiv”ə qarşı oyunun (0:1) 81-ci dəqiqəsində meydana çıxmaqla yeni klubu “Krılya Sovetov”da debüt edib.


Matçdan sonra keçirilən mətbuat konfransında Samara klubunun baş məşqçisi Andrey Tixonov qısaca olaraq həmyerlimiz haqda da fikirlərini bölüşüb:


“Şeydayev hələ hazır deyil. O, daha da inkişaf etməli və formasını yaxşılaşdırmaq üçün çalışmalıdır”. 


Xatırladaq ki, Şeydayev “Krılya Sovetov”la 1 illik müqavilə imzalayıb.

 

 

“Şeydayev hələ hazır deyil” - Tixonov

 

 

 

qol.az

XƏBƏR LENTİ