"Neftçi" "Qəbələ"ni, "Sumqayıt" "Sabah"ı məğlub etdi

Sayta qoyulub: 19:08 19.08.2018 (101 dəfə oxunub)

"Neftçi" "Qəbələ"ni, "Sumqayıt" "Sabah"ı məğlub etdi

Bu gün Topaz Premyer Liqada ikinci tura yekun vurulub. Günün ilk oyununda "Neftçi" "Qəbələ"ni qəbul edib. və 2:1 hesabı ilə qələbə qazanıb. "Ağ-qaralar" 6 xalla turnir cədvəlinə başçılıq edir.

 

Günün digər qarşılaşmasında isə Premyer Liqanın debütantı "Sabah" öz meydanında "Sumqayıt"ı qəbul edib. Qonaqlar 4:1 hesablı qələbə ilə ilk xallarını qazanıblar.


19 avqust (bazar)

Topaz Premyer Liqası, II tur

 

18:30 “Neftçi” – “Qəbələ” - 2:1

Qollar: Baqali Dabo, 36, Dario Frederiko, 48 - Rauf Əliyev, 85

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev 

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Rövşən Əhmədov

“Dalğa Arena”

 

20:30 “Sabah” – “Sumqayıt” - 1:4

Qollar: Marko Deviç, 10 - Nicat Qurbanov, 18, Elvin Məmmədov, 33 (pen.), Şəhriyar Əliyev, 44, Ülvi İsgəndərov, 84

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhəmədov

Hakim-inspektor: Şahin Cəfərov 

“Əlincə Arena”

XƏBƏR LENTİ