F.Alonso niyə karyerasını bitirib?

Sayta qoyulub: 12:13 19.08.2018 (127 dəfə oxunub)

McLaren komandasının sürücüsü Fernando Alonso rəqabət olmadığı üçün Formula1-dən uzaqlaşır.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu gələn il Formula1-də olmayacaq.

Fernando Alonso: “Hazırda mübarizə xəyal etdiyim kimi deyil. Trasda rəqabər çox pis olduğu üçün gedirəm. Daha çox trasdanxaric hadisələr barədə danışırıq. Polemikalar, radio danışıqları barədə söhbət gedir və bu, pis haldır. Daha yaxşı mübarizə təqdim edən başqa seriyalar var və axtardığım budur. 2004 və 2009-cu illərdə yarış qazana bilməsəm də, Spa və Montsada yarışın nəticəsini proqnozlaşdırmaq çətin idi. İndi isə nəticələri əvvəldən yaza bilərik. İlk 15 yeri uzağı iki səhvlə yazmaq olar. Hər şeyin belə proqnozlaşdırılması yaxşı deyil. Barselonaya gedirik və qış testlərinin ilk günündə Əbu Dabi yarışının nəticəsi məlum olur.

Mənimçün problem deyil, çünki 18 ildən sonra xəyal etdiyimdən daha çox uğur qazandım. Amma gənc sürücülər üçün çətindir. Çünki komandalarından ciddi inkişaf gözləyirlər və ya başqa komandanın transfer etməsinə ümid edirlər”.

XƏBƏR LENTİ