"Kyevo"nun qapıçısı Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirilib

Sayta qoyulub: 12:12 19.08.2018 (121 dəfə oxunub)

 İtaliyanın "Kyevo" klubunun qapıçısı Stefano Sorrentino "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya düşüb.

Qolkiperə burun sınığı diaqnozu qoyulub.

Həkimlər onun başından da zədə aldığını ehtimal edirlər.

Oyunun əsas hissəsinə əlavə olunmuş vaxtda zədələnmiş Sorrentinonu qolkiper Andrea Sekulina əvəz edib. Komandanın məğlubiyyətinə səbəb olan üçüncü qolu məhz o buraxıb. Matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bu, Ronaldunun "Yuventus"un heyətində debüt oyunu olub.

 

 

"Kyevo"nun qapıçısı Ronaldu ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirilib

 

 

 

report

XƏBƏR LENTİ