"Nijni Novqorod"un ukraynalı futbolçusu Rusiya bayrağından üz çevirib

Sayta qoyulub: 12:11 19.08.2018 (143 dəfə oxunub)

"Nijni Novqorod" klubunun futbolçusu Vitali Fyodorov Rusiya bayrağından nümayişkaranə şəkildə üz çevirib.

Ukraynalı müdafiəçi bu addımı Rusiya I Divizionunun VII turunda "Soçi" komandası ilə matçdan öncə atıb.

30 yaşlı oyunçu Rusiya himni çalındığı vaxt tribunaya tərəf baxmaqda davam edib. Qalan futbolçular və hakimlər isə Rusiya bayrağına tərəf çevriliblər. Görüş "Soçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Vitali Fyodorov Kiyev "Dinamo"sunun yetirməsidir. O, "Nijni Novqorod"da bu ildən çıxış edir.

 

 

"Nijni Novqorod"un ukraynalı futbolçusu Rusiya bayrağından üz çevirib

 

 

 

report

XƏBƏR LENTİ