Avropa Liqasının "play-off"unda oynayacaq bütün cütlərin tərkibi məlum olub

Sayta qoyulub: 08:28 17.08.2018 (307 dəfə oxunub)

Futbol üzrə Avropa Liqasında "play-off" mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

Qrup mərhələsinə 21 komanda yüksələcək.

Onlardan 8-i Çempionlar, 13-ü isə Liqa Yolu ilə vəsiqə əldə edəcək. Azərbaycan təmsilçisi "Qarabağ" Moldova "Şerif"ini mübarizədən kənarlaşdıracağı təqdirdə, bu hüquqa yiyələnəcək.

Avropa Liqası, "Play-off" cütlərinin tərkibi

Çempionlar Yolu

"Olimpiya" (Sloveniya) - "Spartak" (Trnava, Slovakiya)

APOEL (Kipr) - "Astana" (Qazaxıstan)

"Rusenborq" (Norveç) - "Şkendiya" (Albaniya)

"Düdelanj" (Lüksemburq) - ÇFR (Kluj, Rumıniya)

"Suduva" (Litva) - "Seltik" (Şotlandiya)

"Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan)

"Malmö" (İsveç) - "Mityullann" (Danimarka)

"Torpedo" (Kutaisi, Gürcüstan) - "Lüdoqorets"

Əsas Yol

"Siqma" (Çexiya) - "Sevilya" (İspaniya)

"Sarpsborq" (Norveç) - "Makkabi" (Təl-Əviv, İsrail)

"Gent" (Belçika) - "Bordo" (Fransa)

"Partizan" (Serbiya) - "Beşiktaş" (Türkiyə)

"Rapid" (Vyana, Avstriya) - "Styaua" (Rumıniya)

"Apollon" (Kipr) - "Bazel" (İsveçrə)

"Reyncers" (Şotlandiya) - "Ufa" (Rusiya)

"Atalanta" (İtaliya) - "Kopenhagen" (Danimarka)

"Zenit" (Rusiya) - "Mölde" (Norveç)

"Trençin" (Slovakiya) - AEK (Larnaka, Kipr)

"Genk" (Belçika) - "Bröndbü" (Danimarka)

"Olimpiakos" (Yunanıstan) - "Börnli" (İngiltərə)

"Zarya" (Ukrayna) - "Leyptsiq" (Almaniya)

Qeyd edək ki, ilk oyunlar avqustun 23-də adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə avqustun 30-da keçiriləcək.

 

Avropa Liqasının "play-off"unda oynayacaq bütün cütlərin tərkibi məlum olub

 

 

report

XƏBƏR LENTİ