İspaniya çempionatının oyunları okeanın o tayında keçiriləcək

Sayta qoyulub: 12:57 16.08.2018 (242 dəfə oxunub)

Ispaniya çempionatının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək.

 

La liqa Relevent Sports şirkətilə bəzi görüşlərin okeanın o tayında keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

 

Sözləşmə 15 illiyinə nəzərdə tutulacaq. Mövsümün bir neçə oyunu ABŞ və Kanadada baş tutacaq.Bu Barselona və Realın iştirakı ilə TOP matçlar olacaq.

 

«NBA və NFL ölkə kənarında oyunlar təşkil edir. La liqa da belə praktikadan istifadə etməlidir. Bizim üçün vacib olan brendimizi inkişaf etdirməkdir. Təşkilat elə olacaq ki, komandalar heç bir əziyyət çəkməsin», - deyə La liqanın prezidenti Xavyer Tebas qeyd edib.

 

 

İspaniya çempionatının oyunları okeanın o tayında keçiriləcək

XƏBƏR LENTİ