Kişi voleybolçularımızdan möhtəşəm qələbə

Sayta qoyulub: 10:50 16.08.2018 (122 dəfə oxunub)

 

Kişi voleybolçularımızdan möhtəşəm qələbə

Voleybolçu kişilərdən ibarət Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. G qrupunda yer alan komandamız ilk görüşündə İsveç kollektivini qəbul edib. Bakıda baş tutan oyun voleybolçularımız üçün pis başlayıb. İlk iki setdə uduzan Fərid Cəlalovun yetirilmələri oyunda dönüş yarada biliblər. Növbəti iki seti aktivinə yazdıran millimiz oyunun taleyini tay-brekə daşıyıb. Həlledici hissədə daha dəqiq oynayan komandamız doğma meydanda azarkeşlərini sevindirə bilib - 3:2.

 

Qeyd edək ki, bu qələbədən sonra komandamız qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Lüksemburqu quru hesabla məğlub edən Yunanıstan isə 3 xalla qrupumuzun lideridir.

 

Avropa Çempionatı, təsnifat mərhələsi

G qrupu

I tur

 

Azərbaycan - İsveç 3:2 (23:25, 19:25, 26:24, 25:22, 15:10)

XƏBƏR LENTİ