"Fənərbağça" "Lester"in hücumçusunu icarəyə götürdü

Sayta qoyulub: 15:43 10.08.2018 (165 dəfə oxunub)

"Fənərbağça" "Lester"in hücumçusunu icarəyə götürdü

"Fənərbaxça" hücum xəttini gücləndirib. İstanbul nəhəngi "Lester Siti" ilə İslam Slimaninin keçidində anlaşma əldə edib. Əlcəzair millisinin üzvü "sarı-lacivərdlilər"də 1 illik icarə əsasında çıxış edəcək. 30 yaşlı hücumçu müqavilə bağlamaq üçün İstanbula yola düşüb.

 

Qeyd edək ki, Slimani 2016-cı ildə "Sportinq"dən "tülkülər"ə 28 milyon funt-sterlinqə keçib.

XƏBƏR LENTİ