“Tottenhem” İngiltərə Premyer Liqasının yay fasiləsində futbolçu transfer edə biləməyən yeganə klubu olub

Sayta qoyulub: 08:29 10.08.2018 (123 dəfə oxunub)

 İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” son 15 ildə yay fasiləsi zamanı heç bir futbolçu transfer etməyən yeganə klub olub.

 

Transfer bazarındakı səssizliklərinə rəğmən, London təmsilçisinin baş məşqçisi Maurisio Poççetino durumlarından razıdır: “Komandanızı gücləndirə biləcək futbolçular ala bilmirsinizsə, ən yaxşı oyunçuları itirməyəcəyinizə əmin olun. Fikrimcə, klub ən yaxşı futbolçularını heyətdə saxlamaqla əla iş gördü”.

 

Qeyd edək ki, İngiltərədə “transfer pəncərəsi” avqustun 9-da bağlanıb. Klublar bundan sonra yalnız oyunçularını sata bilərlər. Yay fasiləsində bazarda ən fəal klub “Liverpul” olub. “Qırmızılar” 4 futbolçuya ümumilikdə 164 milyon funt sterlinq ödəyiblər.

 

 

 

“Tottenhem” İngiltərə Premyer Liqasının yay fasiləsində futbolçu transfer edə biləməyən yeganə klubu olub

 

report

XƏBƏR LENTİ