K.Sayns: “Alonso ilə aramızda böyük mübarizə olar”

Sayta qoyulub: 08:27 10.08.2018 (121 dəfə oxunub)

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Alonso ilə komanda yoldaşı olmaq böyük mübarizədir.

F-1.az xatırladır ki, 24 yaşlı sürücünün adı hazırda McLaren komandası ilə hallanır. Belə olan halda iki ispaniyalı sürücü – Alonso və Sayns komanda yoldaşı ola bilərlər.

Karlos Sayns: “Bilmirəm. Onunla komanda yoldaşı olmaq barədə düşünməmişəm. Onsuz da ortada heç nə yoxdur.

Peletondakı bütün sürücüləri məğlub etmək üçün hazıram. Yarışçı ruhum və özümə inamım mənə deyir ki, hamını məğlub edə bilərsən. Amma Fernando ilə aramızda böyük mübarizə olar”.

XƏBƏR LENTİ