Smolov "Lokomotiv"ə keçdi

Sayta qoyulub: 17:07 09.08.2018 (148 dəfə oxunub)

 

Smolov "Lokomotiv"ə keçdi

"Krasnodar"ın futbolçusu Fyodor Smolov "Lokomotiv"ə transfer olunub. Bu barədə Moskva klubunun saytı məlumat yayıb. Yerli mətbuat Rusiya millisinin hücumçusu ilə 4 illik müqavilə imzalandığını yazıb. Bu transfer üçün "Lokomotiv"in 9 milyon avro təzminat ödədiyi iddia olunub. 28 yaşlı oyunçunun yeni klubunda ilinə 3 milyon avro qazanacağı bildirilib.

 

Qeyd edək ki, F.Smolov ötən mövsüm Rusiya Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

 

 

XƏBƏR LENTİ