Popoviçin "Sumqayıt"a keçidi baş tutmadı

Sayta qoyulub: 09:18 09.08.2018 (137 dəfə oxunub)

<section id="yt_wrapper" style="overflow: hidden; color: rgb(102, 102, 102); font-family: "Segoe UI", sans-serif; font-size: 14px;"><section class="content layout-lrm nopos-maintop1 nopos-mainbottom1 nopos-mainbottom2 block" id="content">

Popoviçin "Sumqayıt"a keçidi baş tutmadı
 

Azərbaycan millisinin sabiq üzvü Andrey Papoviçin "Sumqayıt"a keçidi baş tutmayıb.  

26 yaşlı qolkiper komanda ilə birgə Türkiyədəki təlim-məşq toplanışında iştirak etsə də, onunla bağlı fərqli qərar verilib.  Əldə etdiyimiz məlumata görə, Papoviçin "Sumqayıt"a keçidi iki məsələyə görə alınmayıb. Ancaq bunun detalları açıqlanmayıb.  

Ümumiyyətlə, millimizin sabiq üzvünün "Sumqayıt"la təlim-məşq toplanışına aparılması futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmışdı. "Sumqayıt" dəfələrlə intizamsız hərəkətlərinə görə çıxış etdiyi klublardan qovulan qapıçıya qucaq açdığı qapıçıya görə tənqid olunmuşdu.

Qeyd edək ki, Ander Papoviçin ölkəmizdəki son klubu "Qəbələ" olub. O, "qırmızı -qaralar"dan ayrıldıqdan sonra Ukraynanın "Avanqard" klubunda çıxış edib. Papoviç karyerası ərzində "Bakı", "Abşeron", "Sumqayıt" və "Turan Tovuz" kimi komandalarda forma geyinib.

 
 
 
 
 
 
</section><footer class="block" id="yt_footer" style="text-align: center;">


</footer></section>

XƏBƏR LENTİ