Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə etdi

Sayta qoyulub: 09:07 09.08.2018 (164 dəfə oxunub)

Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə etdi
 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib. Gənc referi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  baş tutan "Zalsburq" - "Şkendiya" matçına ədaləti qoruyub.  

Avstriyada baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.  "Zalsburq" rəqibinin qapısından 3 cavabsız qol keçirib.  Avstriya təmsilçisi qollardan birini penaltidən, digər ikisini isə oyun epizodundan sonra vurmağı bacarıb.  

Əliyar Ağayev bu matçda penalti verməklə yanaşı, əlini 3 dəfə cibinə salıb.  O, "Zalsburq"un futbolçusu Zlatko Yunuzoviçi 19-cü dəqiqə və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırıb və meydandan qovub.  Ağayev "Şkendiya"nın futbolçusu Mevlan Muratini "sarı" ilə cəzalandırıb. 

Qeyd edək ki, bu görüşdə Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov köməklik göstəriblər. 4-cü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.    

XƏBƏR LENTİ