UEFA-nın reytinqi: Azərbaycan gerilədi

Sayta qoyulub: 09:02 09.08.2018 (154 dəfə oxunub)

UEFA-nın reytinqi: Azərbaycan gerilədi

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Azərbaycanın mövqeyi dəyişib. AEK-lə heç-heçə edən "Seltik" Şotlandiyanın reytinq xalını artırıb. 18,125 xalı olan britaniyalılar əlavə göstəricilərə görə 23-cü pilləyə yüksəlib və ölkəmizi geridə qoyub. Azərbaycan 18,125 xalla 24-cü sırada qərarlaşıb. Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan İsrailin isə 18,000 xalı var.

XƏBƏR LENTİ