"İnter"in 3 futbolçusu "Parma"da

Sayta qoyulub: 21:37 08.08.2018 (153 dəfə oxunub)

 

"İnter"in 3 futbolçusu "Parma"da
İtaliyanın “Parma” klubu heyətinə üç futbolçu cəlb edib.  A Seriyasına vəsiqə qazanan klub “İnter”in futbolçularını transfer edib.
 

Milan təmsilçisinin gənc futbolçuları Alessandro Bastoni və Federiko Dimarko 1 illik icarəyə götürülüb. 

“İnter”in daha bir futbolçusu – hücumçu Jonatan Byabyani isə “Parma”ya birdəfəlik transfer olunub. O da yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

 

XƏBƏR LENTİ