Meksika millisinin sabiq üzvü "Səbail"də - rəsmi

Sayta qoyulub: 21:03 08.08.2018 (163 dəfə oxunub)

 

Meksika millisinin sabiq üzvü "Səbail"də - rəsmi

“Səbail” heyətinə yeni futbolçu qatıb. Paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu transfer edib. 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası əsasən ölkəsinin klubları ilə bağlı olan təcrübəli oyunçu son mövsümü Kipr “Ermis”ində keçirib. O, 2009-2011-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub. Qeyd edək ki, Paçeko “Səbail”in yay fasiləsində heyətinə qatdığı 14-cü futbolçudur.

 

 

XƏBƏR LENTİ