"Qarabağ"ın "Zirə" ilə oyunu təxirə salınıb

Sayta qoyulub: 14:22 08.08.2018 (70 dəfə oxunub)

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümün açılış oyunu təxirə salınıb.

Bu, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun Peşəkar Futbol Liqasına (PFL) müraciət əsasında baş verib. Ağdam təmsilçisi avqustun 14-də III təsnifat mərhələsinin Belarusda BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün I turda “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL I turun avqustun 10-da keçirilməli olan “Qarabağ” – “Zirə” görüşünü sentyabrın 26-na təyin edib.

 

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı təxirə salındığı üçün açılış oyunu avqustun 11-də "Dalğa Arena"da "Sumqayıt" və "Neftçi" komandaları arasında keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Bu matçın "Kapital Bank Arena"da baş tutmamasını səbəbi Sumqayıtdakı stadionun təmirə bağlanmasıdır. Avqustun 12-də əvvəlcə "Qəbələ" "Səbail"i qəbul edəcək. Qəbələ şəhər stadionundakı görüş saat 19:00-da başlanacaq. Saat 21:00-da isə "Keşlə" "ASK Arena"da "Sabah"ı sınağa çəkəcək. 

 

"Qarabağ"ın "Zirə" ilə oyunu təxirə salınıb

“Report” 

XƏBƏR LENTİ