Aleksandr Qleb: "Qarabağ"ı özündənrazılığa görə cəzalandırdıq"

Sayta qoyulub: 08:50 08.08.2018 (251 dəfə oxunub)

Aleksandr Qleb: "Qarabağ"ı özündənrazılığa görə cəzalandırdıq"
 

"Prinsipcə, gözlədiyimiz oldu. "Qarabağ" texnikalı komandadır, ilk yarıda bərabər oyun getdi. Belə demək mümkünsə, rəqibi özündənrazılığa görə cəzalandırdıq. Fikrimcə, həmin epizodda "Qarabağ"ın futbolçusu konsentrasiyasını bir qədər itirdi. Gözəl oynamaq istəsə də, biz topu ələ keçirərək qol vurduq. Sonradan isə hesabı qorumaq üçün oynamağa başladıq". Bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Belarusun BATE klubunun futbolçusu Alesandr Qleb deyib.

O, Ağdam klubuna qarşı bu gün keçirdikləri ilk oyunu şərh edib.  Təcrübəli futbolçu "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun buraxılan qol zamanı etdiyi səhvdən danışıb: "Rəşadın özündənrazı şəkildə belə etdiyini deyə bilmərəm. Sadəcə, elə göründü ki, məqsədli şəkildə belə etdi. Adətən, sonuncu müdafiəçilər etibarlı və özlərinə əmin halda çıxış edirlər. Həmin epizodda da elə oynamaq istədi. Biz isə topu ələ keçirərək, rəqibi cəzalandırdıq".  

O, cavab oyunu haqda fikirlərini bildirib, onları çətin 90 dəqiqə gözlədiyini vurğulayıb: "Qarabağ" yaxşı, texnikalı komandadır. Çoxlu texnikalı futbolçuları var. Lakin hər şey Belarusda həll olunacaq. 1:0 hesablı qələbəni səfərdə qazanmışıq. Ona görə də evdə həmişəki kimi adi qaydada çıxış edəcəyik". 

XƏBƏR LENTİ