► Astana-Dinamo Zaqreb 0-2

Sayta qoyulub: 08:33 08.08.2018 (92 dəfə oxunub)

Millimizin üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" klubunu qəbul edib. Qarşılaşma Zaqreb klubunun meydan sahibləri üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin sabiq baş məşqçisi, hazırda “Astana”nı çalışdıran Roman Qriqorçuk bu oyunda Almeydaya da şans verib. Millimizin üzvü 46-cı dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Zaqrebdə keçiriləcək.

 

 

 

XƏBƏR LENTİ