Bolt Avstraliya klubunda - rəsmi

Sayta qoyulub: 14:23 07.08.2018 (186 dəfə oxunub)

Yüngül atletika karyerasını başa vuran olimpiya çempionu, məşhur sprinter Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners" futbol klubu ilə müqavilə imzalayıb.


Bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. Bu, peşəkar futbolçu müqaviləsi olmayacaq. Ancaq U.Bolt əsas komanda ilə peşəkar səviyyədə futbol oynaya biləcək.


Müqavilə imzaladıqdan sonra Bolt bildirib: "Avstraliyaya gəldiyim üçün xoşbəxtəm. Mənə bu fürsəti verən klubun sahibi və rəhbərliyə təşəkkür edirəm. Peşəkar futbol oynamaq mənim arzum idi. A liqasında oynamaq yaxşı təcrübə olacaq".

 

 

 

Bolt Avstraliya klubunda - rəsmi

 

 

 

 

qol.az

XƏBƏR LENTİ