Kovaçiç Çelsidə

Sayta qoyulub: 14:21 07.08.2018 (314 dəfə oxunub)

Madrid Realının futbolçusu Mateo Kovaçiç yaxın saatlar ərzində Çelsiyə keçəcək.Bu barədə Marca məlumat yayıb.

 

Xəbər görə yarımmüdafiəçi London klubunda mövsümün sonuna qədər icarə əsasında oynayacaq.Trəflər artıq bu gün keçidi rəsmən bəyan edəcəklər.


Kovaçiç gələn yay yenidən Reala qayıdacaq. Bu da kral klubunu tam qane edir.


Xatırladaq ki, ilkin informasiyaya görə Kovaçiç məşqə qatılmamağı ilə satılmasını tələb etmişdi. Sonradan baş məşqçi Lopategi bunu təkzib etmişdi.

XƏBƏR LENTİ