Alişer Usmanov "Arsenal"dakı səhm payını 550 milyon funt sterlinqə satmağa razılıq verib

Sayta qoyulub: 12:21 07.08.2018 (135 dəfə oxunub)

 İngiltərə təmsilçisi “Arsenal”ın səhmlərinin 67 faizinin sahibi olan amerikalı iş adamı Sten Kronke klubun qalan paylarını da satın alacaq.

S.Kronke bununla bağlı digər səhmdarlara təklif göndərib. Bildirilir ki, artıq rusiyalı iş adamı Alişer Usmanov ona məxsus 30 faiz payı 550 milyon funt sterlinqə satmağa razılıq verib.

Qeyd edək ki, S.Kronke 2007-ci ildə London klubunun səhmlərinin 9,9 faizini alıb. 2011-ci ilin aprelindən isə əsas pay sahibi olub. 

 

 

Alişer Usmanov "Arsenal"dakı səhm payını 550 milyon funt sterlinqə satmağa razılıq verib

 

 

 

 

report

XƏBƏR LENTİ