"Mançester Siti" Co Hartı satdı

Sayta qoyulub: 12:20 07.08.2018 (175 dəfə oxunub)

"Bernli" "Mançester Siti"nin qapıçısı Co Hartı transfer edib.


Klubun yaydığı xəbərə görə, 31 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. C.Hart yeni klubunda 30 nömrəli forma ilə çıxış edəcək. Britaniya mətbuatı bu transfer üçün "Bernli"nin 4 milyon funt sterlinq təzminat ödədiyini yazıb.


Qeyd edək ki, C.Hart ötən mövsüm icarə əsasında "Vest Hem"də oynayıb.

 

 

"Mançester Siti" Co Hartı satdı

 

 

qol.az

XƏBƏR LENTİ