Modriç İnterlə razılaşdı və sabah Pereslə danışacaq

Sayta qoyulub: 12:19 07.08.2018 (336 dəfə oxunub)

İnter Luka Modriçlə tam razılığa gəlib. Bu barədə  Calciomercato məlumat verib.


32 yaşlı futbolçu İtaliya klubu ilə məvacibini razılaşdırıb. Bundan başqa komandadakı rolunu baş məşqçi ilə də müəyyənləşdirib.Hazırda keçidə yeganə əngəl Florentino Peresdir.


Futbolçunun özü Pereslə görüşərək prezidentin razılığını almaq istəyir. Görüşün sabah baş tutacağı gözlənilir.

XƏBƏR LENTİ