Daha bir məşhur futbolçu "Milan"a qayıdır

Sayta qoyulub: 11:47 07.08.2018 (237 dəfə oxunub)

 İtaliya təmsilçisi "Milan"ın sabiq futbolçusu Kaka kluba geri dönür. 

Milanlıların braziliyalı baş direktoru Leonardo 36 yaşlı həmyerlisini kluba dəvət edib. Onun sözlərinə görə, Kaka sentyabr ayında "Milan"a qoşulacaq. Onun klubda hansı vəzifəni tutacağı hələlik bəlli deyil. 

Qeyd edək ki, Kaka 2003-2009 və 2013-2014-cu illərdə "Milan"da çıxış edib. O, İtaliya təmsilçisinin heyətində Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Daha öncə "Milan"ın sabiq futbolçusu Paolo Maldini klubda texniki direktor vəzifəsinə təyin olunub. 

 

 

 

Daha bir məşhur futbolçu "Milan"a qayıdır

 

 

 

report

XƏBƏR LENTİ