"Keşlə" serbiyalı futbolçu transfer etdi

Sayta qoyulub: 10:33 07.08.2018 (233 dəfə oxunub)

 

"Keşlə" serbiyalı futbolçu transfer etdi

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Komandanın yeni baş məşqçisi Mladen Milinkoviç həmyerlisini yanına gətirir. Paytaxt klubu serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçi transfer edir. Futbolçu bugün Bakıya gəlir və birbaşa müqavilə imzalayacaq. 31 yaşlı futbolçu geridə qalan mövsümü Polşanın “Visla” klubunda keçirib. O, mövsümün ikinci dövrəsində transfer olunduğu sözügedən komandanın heyətində 13 oyuna çıxıb.

 
Serbiyanın “Napredak” klubunun yetirməsi olan təcrübəli futbolçu daha öncə “Partizan”, “Volqa” (Rusiya), “Uypeşt”, “Videoton” (hər ikisi Macarıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Şanxay Şensin” (Çin), “Bney Yehuda” (İsrail), “Anortosis” (Kipr) klublarında da forma geyinib.
 
Mitroviç Serbiya yığmasında cəmi 1 oyun keçirib. 

XƏBƏR LENTİ