"Qəbələ" ilk turun hazırlığına başladı

Sayta qoyulub: 10:28 07.08.2018 (91 dəfə oxunub)

 

 

"Qəbələ" ilk turun hazırlığına başladı

“Qəbələ” Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turunun hazırlığına start verib. “Qırmızı-qaralar” “Səbail”lə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır. Avqustun 4-də keçirilən “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra birgünlük istirahətə buraxılan komanda bir araya gəlib. “Qəbələ” bu gün “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər.

 

Xatırladaq ki, avqustun 12-də keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 19:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

 

 

XƏBƏR LENTİ