Goal.com: Mançester Yunayted Alderveyreldin transferini həll etdi

Sayta qoyulub: 07:58 07.08.2018 (316 dəfə oxunub)

Tottenhemin müdafiəçisi Tobi Alderveyreld klubunu dəyişmək niyyətindədir.

 

Goal informasiya portalının məlumatına görə belçikalının transferi MY və Tottenhem arasında razılaşdırılıb.Məbləğ göstərilməsə də təklif London klubunu qane edib. Qeyd eək ki, müdafiəçinin müqaviləsi gələn yay başa çatır.

 

Bununla belə Tottenhem onu buraxmazdan əvvəl əvəz tapmağı düşünür.

 

 Het Laatste Nieuws mənbəsinin məlumatına görə Alderveyreld Tottenhemin müqaviləni uzatmaq təklifini rədd edib və getmək istədiyini bildirib.

 

Məlumata görə London klubu onun üçün 65 milyon avro istəyir. Lakin klubların hansı məbləğdə ortaq məxrəcə gəldiyi məlum deyil.

XƏBƏR LENTİ