MY Barselonanın fantastik təklifini rədd etdi

Sayta qoyulub: 07:53 07.08.2018 (342 dəfə oxunub)

Barselona Mançester Yunaytedin futbolçusu Pol Poqbanı heyətinə qatmaq istəyir.

 

Katalon klubu bununla bağlı ingilislərə rəsmi təklif göndərib. Lakin MY bunu uyğun saymaraq təklifi rədd edib.

 

Barselonanın təklifi Yerri Mina, Andre Qomeş və 50 milyon avro olub.

 

Mançester Yunayted imic səbəbilə Poqbanı buraxmaq niyyətində deyil. Bundan başqa İPL-də transfer pəncərəsi avqustun 9-da bağlandığına görə təkliflə razılaşmayıb.

XƏBƏR LENTİ