Dünya çempionatlarının rekordçusu milli komanda karyerasını başa vurub

Sayta qoyulub: 07:46 07.08.2018 (171 dəfə oxunub)

Misirin "İsmaili" klubunun qapıçısı Essam əl-Hadari ölkənin futbol üzrə milli komandası ilə vidalaşıb.

Bu barədə dünya çempionalarının ən yaşlı oyunçusunun özü şəxsi "Facebook" səhifəsində yazıb.

O, uzun müddət düşündükdən sonra belə bir qərar verdiyini bildirib: "Millidəki ilk oyunumdan indiyədək 22 il 4 ay 12 gün keçib. Hesab edirəm ki, karyeramı yekunlaşdırmaq üçün ən yaxşı an yetişib".

2018-ci il dünya çempionatında əl-Hadari 45 yaşında ikən meydana çıxıb və Səudiyyə Ərəbistanına qarşı oynayıb. Əvvəlki rekord Kolumbiya millisinin və Türkiyə "Qalatasaray"ının keçmiş qapıçısı Fərid Mondraqona məxsus idi. Mondraqon DÇ-2014-də 43 yaşında Yaponiya ilə görüşdə forma geyinib. Seçmə mərhələləri də nəzərə aldıqda isə rekord göstərici Vircin adaları yığmasının müdafiəçisi Teylor Makdonaldın (46 yaş, 2004-cü il) aktivindədir.

Qeyd edək ki, Essam əl-Hadari Misir yığmasında 1996-cı ildən çıxış edib. O, 159 dəfə formasını geyindiyi millidə oyun sayında da dünya rekordçusudur. Əl-Hadari Afrika Millətlər Kubokunun 4 qat qalibi olub.       

 

 

Dünya çempionatlarının rekordçusu milli komanda karyerasını başa vurub

 

report

XƏBƏR LENTİ