Gənc sərbəst güləşçilərimiz Avropa ikincisi oldu

Sayta qoyulub: 12:42 06.08.2018 (85 dəfə oxunub)

 

Gənc sərbəst güləşçilərimiz Avropa ikincisi oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb. Çempionatın son günlərində mübarizə aparan sərbəst güləşçilərimiz yarışı 3 gümüş və 4 bürünc medalla tamamlayıb. İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Əliabbas Rzazadə (57 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq) və Rahid Həmidli (125 kq) qazandırıb.

 

Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında Avropa ikincisi olub. Rusiya birinci, Ermənistan yığması isə üçüncü pillədə qərarlaşıb.

 

Məlumat üçün bildirək ki, çempionatın ilk günlərində mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, qadın güləşçilərimiz isə 1 gümüş medala sahib olub. Yunan-Roma yığmamızda Ülvi Qənizadə (72 kq), qadın güləşi yığmamızda isə Tatyana Varantsova (53 kq) fəxri kürsüdə yer alıb.

 

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.

XƏBƏR LENTİ