UEFA-dan "Qəbələ"yə cəza

Sayta qoyulub: 09:18 06.08.2018 (245 dəfə oxunub)

 

UEFA-dan "Qəbələ"yə cəza

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və oyunçusu Təmkin Xəlilzadə UEFA tərəfindən cəzalandırılıb. Bu barədə klubun meneceri Zaur Əzizov məlumat verib. Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqress”lə cavab oyununda rəqib futbolçuya zərbə endirdiyinə görə meydandan qovulan millimizin müdafiəçisi 4 oyunluq cəza alıb. Texniki zona qaydalarını pozan  Sənan Qurbanov isə iki görüşdə  komandasını meydana çıxara bilməyəcək. Cəzalarla bağlı UEFA-dan rəsmi məktub aldıqlarını bildirən Z.Əzizov qərarla bağlı şikayət etməcəklərini də əlavə edib. Xatırladaq  ki, “Qəbələ” Lüksemburqdakı oyunda 1:0 hesabı ilə qalib gəlsə də, ilk matçda 0:2 hesablı məğlub olduğundan Avroliqada mübarizəni erkən dayandırıb.

 

XƏBƏR LENTİ