Niki Laudanın vəziyyəti yaxşıdır

Sayta qoyulub: 09:04 06.08.2018 (68 dəfə oxunub)

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda ağciyər köçürülməsindən sonra özünü yaxşı hiss edir.

F-1.az bildirir ki, avstriyalı əfsanə İbitsada tətildəykən xəstələnib. Üçqat Dünya Çempionuna əvvəlcə qrip diaqnozu qoyulsa da, sonradan ağciyərində problem olduğu müəəyənləşib. Buna görə də Avstriyanın AKH xəstəxanasında əməliyyat olunan Lauda hazırda komadadır və süni nəfəs alətinə qoşulub.

Bu barədə Laudanın həkim danışıb: “Hər şey qaydasındadır və vəziyyətindən razıyıq”.

Qeyd edək ki, xəstəxanada il ərzində 120 ağciyər köçürülməsi reallaşdırılır. Laudanın həkimi bildirib ki, ağciyər problemi 76-cı ildəki qəzaya görə olmayıb. Mercedes Motorsport-un rəhbəri Toto Volff iş yoldaşına dəstək olub: “Düşüncələrimiz Lauda ailəsi ilədr. Mercedes olaraq dostumuza və rəhbərimizə dua edirik. Onu Macarıstan və Almaniyada bizimlə görməmək məyusedici idi. Tezliklə sağalmasını arzulayırıq. Onun üçün darıxırıq”.

XƏBƏR LENTİ