İsveç millisinin keçmiş üzvü Qalatasaraya keçmək üzrədir

Sayta qoyulub: 09:04 06.08.2018 (147 dəfə oxunub)

İsveç millisinin keçmiş futbolçusu Pontus Vernblum karyerasını Qalatasarayda davam etdirə bilər.Bu barədə Türkiyənin Sabah q\zeti məlumat verib.


Azad agent olan 32 yaşlı yarımmüdafiəçi PAOK-a keçməyə yaxın idi. Artıq müqavilənin bütün detalları razılaşdırılmış və onun ÇL-nın oyununda Spartaka qarşı meydana çıxacağı da gözlənilirdi. Lakin futbolçunun xanımı bu transferə əngəl olub. Belə ki, Salonik şəhərində 4-5 evə baxan xanım heç birini bəyənməyib və şəhərdən də məmnun qalmayıb.


Bu səbəbdən də onun Qalatasaraya keçmək ehtimalı yaranıb. Artıq Yunanıstan klubu da transferdən vaz keçib.


Xatırladaq ki, Pontusun son klubu Rusiyanın SSKA komandası olub.

XƏBƏR LENTİ