Vitsel “Borussiya”da

Sayta qoyulub: 07:45 06.08.2018 (147 dəfə oxunub)

Aksel Vitsel Çinin “Tyanszyan Syuantszyan” klubunu tərk edib.


Belçikalı yarımmüdafiəçi karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək. 


29 yaşlı futbolçu üçün Bundesliqa təmsilçisi 20 milyon avro ödəyəcək. 


Vitsel yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. Onun illik qazancı 10 milyon avro olacaq. 


Qeyd edək ki, Vitsel artıq sabah İsveçrəyə yollanaraq yeni klubunun təlim-məşq toplanışına qatılacaq.

 

Vitsel “Borussiya”da

 

 

 

qol.az

XƏBƏR LENTİ