Red Bull bu dəfə Qaslini gətirəcək?

Sayta qoyulub: 07:41 06.08.2018 (74 dəfə oxunub)

İspaniya mətbuatının verdiyi xəbərə görə, gələn il Red Bull komandasının ikinci sürücüsü Pyer Qasli olacaq.

F-1.az xatırladır ki, Rikkardo 5 mövsümdür yarışdığı Red Bull-dan ayrılaraq, Renault komandasına keçir. Hazırda “qırmızı öküzlər”in vakant yerinə Karlos Saysn və Pyer Qasli əsas namizəddirlər.

Sayns bu il yaxşı nəticələr alsa da, bu il Honda mühərriyi ilə yarışan Qasliyə üstünlük veriləcəyi düşünülür. Bundan başqa fransalı sürücü daha az maaşa yarışmağa razıdır. Beləliklə, Karlos boşa çıxacaq və istədiyi komandaya gedə biləcək. Amma ispaniyalı sürücünün gedə biləcəyi komandaların sayı azalıb.

McLaren gənc ispaniyalı sürücü ilə maraqlandığını açıqlasa da, Fernando Alonso qaldığı müddətdə ikinci pilotluğa ən real namizədlər Vandorn və Norris olacaq. Sayns komanda tapa bilməsə, Toro Rosso komandasında yarışa bilər.

XƏBƏR LENTİ