Meksika millisinin keçmiş üzvü Azərbaycan klubunda

Sayta qoyulub: 13:34 05.08.2018 (341 dəfə oxunub)

Meksika millisinin keçmiş üzvü Azərbaycan klubunda
 

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Səbail” klubu növbəti transferini həyata keçirməyə hazırlaşır.  Klub yarımmüdafiə xəttini gücləndirməyə yaxındır.  Paytaxt təmsilçisi meksikalı hücumameyilli yarımmüdafiəçi  Edqar Paçeçonu baxışa dəvət edib.

28 yaşlı futbolçu ötən gün yeni komandası ilə ilk məşqinə çıxıb.  Onunla bağlı yekun qərar məşqçilər korpusu tərəfindən veriləcək.

Marqlıdır ki, Edqar təxminən 3 həftə öncə “Doha” klubu ilə danışıq aparıb və razılıq əldə edib.  Lakin o, bir müddət sonra komandadan ayrılmaq qərarı verib.

Edqarın sonuncu klubu “Ermis” olub. O, karyerası ərzində “Atlas”, “Uanl Tiqres”, “Leon”, “Mineros de Sakatekas”, “Keretaro”, “Kanvon”, “Əl-Nayma” kimi komandalarda çıxış edib.  Futbolçu Meksikanın əsas milli komandasının heyətində 5 oyun keçirib və 1 qol vurmağı bacarıb.   

XƏBƏR LENTİ