Samir Məsimov "Keşlə"nin düşərgəsində

Sayta qoyulub: 13:31 05.08.2018 (164 dəfə oxunub)

Samir Məsimov "Keşlə"nin düşərgəsində

U-21 milli komandamızın sabiq futbolçusu Samir Məsimov özünə yeni klub tapıb. 22 yaşlı yarımmüdafiəçi “Keşlə”nin düşərgəsinə dəvət olunub. O, “Qəbələ” ilə yoxlama görüşündə də meydana buraxılıb. Məsimovun məşqçilər korpusunun etimadını qazanıb-qazanmayacağına isə yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, Məsimov son olaraq Rusiyanın “Fakel” klubunda çıxış edib. Amma bu komandada heyətə düşməyən yarımmüdafiəçi uzun müddət idi futbol oynamırdı 

XƏBƏR LENTİ