"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi

Sayta qoyulub: 13:29 05.08.2018 (165 dəfə oxunub)

 

"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə qarşılaşacaq “Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim edib.

Ağdam klubunun iştirak ərizəsində 25 futbolçunun adı yer alıb:

 

Qapıçılar: Hannes Halldorsson, Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov, Yakub Jezniçak, Bədavi Hüseynov

Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Miçel Madera, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Zaur Fərzəliyev, Con Delarj, Donald Gerye, Coşqun Diniyev

Hücumçular: Mahir Mədətov, İnnosent Emeqara

Qeyd edək ki, “Qarabağ”la BATE arasında ilk oyun avqustun 7-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək. Cavab matçı isə 1 həftə sonra Borisovda olacaq. Həmin görüşün də başlama saatı 21:00-dır.

 

XƏBƏR LENTİ