Yuventus Pyasanı satdı

Sayta qoyulub: 10:41 04.08.2018 (219 dəfə oxunub)

Yuventusun futbolçusu Marko Pyasa Fiorentinaya keçmək yaxındır.

 

Klublar bir neçə vaxt idi ki, razılığa gələ bilmirdilər. Belə ki, Yuventus yarımmüdafiəçinin geri qayıda biləcəyi ilə bağlı bəndi müqaviləyə salmaq istəyirdilər.

 

Nəhayət ki, Florensiya təmsilçisi 2 milyon avroya futbolçunu icarəyə götürməyi razılaşdıra bilib. Mövsümün sonunda isə onu 20 milyon avroya transfer edə bilər.

 

Yuventus onu 26 milyon avroya geri transfer etmək hüququna da malikdir.

 

Pyasanın özü də Fiorentinaya keçmək fikrindədir. O yeni klubuyla 5 illik müqaviləni razılaşdırıb.

 

 

Yuventus Pyasanı satdı

XƏBƏR LENTİ