Türkiyə klubu məşhur futbolçu ilə müqaviləni ləğv edir

Sayta qoyulub: 08:43 04.08.2018 (246 dəfə oxunub)

Türkiyənin "Konyaspor" klubu məşhur futbolçu Samuel Eto`O ilə yollarını ayırır. 

 Türkiyə təmsilçisi 37 yaşlı təcrübəli hücumçu ilə müqaviləni ləğv etməyi qərara alıb. 

Yanvar ayında komandaya cəlb olunan kamerunlu oyunçu "Konyaspor"la 2.5 illik müqavilə imzalamışdı. Fransanın "Nim" klubu Eto`Onu heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, Samuel Eto`O karyerası ərzində İspaniyanın “Real Madrid”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyanın “İnter”, “Sampdoriya”, Rusiyanın “Anji”, İngiltərənin “Çelsi”, “Everton” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib.

 

Türkiyə klubu məşhur futbolçu ilə müqaviləni ləğv edir

 

"Report"

XƏBƏR LENTİ