“Keşlə”nin futbolçusu Rumıniya klubu ilə müqavilənin şərtlərini razılaşdırıb

Sayta qoyulub: 08:42 04.08.2018 (102 dəfə oxunub)

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli karyerasını Rumıniyanın “Universitatya Krayova” klubunda davam etdirəcək.

27 yaşlı paraqvaylı yarımmüdafiəçi Rumıniyanın yüksək dəstəsində çıxış edən komanda ilə müqavilənin şərtlərini razılaşdırıb. Onunla avqustun 6-da 3 illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, Azərbaycanda “Zirə”nin də formasını geyinən Sezar Meza Kolli ötən ay “Keşlə” ilə müqaviləsinin müddətini daha bir il uzatmışdı. O, ötən mövsüm paytaxt komandası ilə Azərbaycan Kubokunun qalibi olub.

 

 

“Keşlə”nin futbolçusu Rumıniya klubu ilə müqavilənin şərtlərini razılaşdırıb

 

“Report” 

XƏBƏR LENTİ