"Milan"ın futbolçusu Braziliya klubunda

Sayta qoyulub: 12:35 03.08.2018 (221 dəfə oxunub)

“Milan"ın müdafiəçisi Qustavo Qomes karyerasını Braziliyada davam etdirəcək.


Paraqvaylı futbolçu A Seriyasında mübarizə aparan "Palmeyras"a keçib. O, yeni komandaısnda icarə əsasında çıxış edəcək. Bu barədə "Palmeyras"ın saytı məlumat yayıb.


Qeyd edək ki, "Milan" Qomesi 2016-cı ildə Argentinanın “Lanus” klubundan transfer etmişdi. 25 yaşlı futbolçu "rossonyerlər"in heyətində 19 oyun keçirib.

 

 

"Milan"ın futbolçusu Braziliya klubunda

 

 

 

 

qol.az

XƏBƏR LENTİ