Argentina millisini iki nəfər çalışdıracaq

Sayta qoyulub: 09:54 03.08.2018 (515 dəfə oxunub)

Lionel Skaloni və Pablo Aymar Xorxe Sampaolinin gedişindən sonra müvəqqəti olaraq  Argentina millisini çalışdıracaqlar.

 

AFA-nın prezidenti Klaudio Tapianın sözlərinə görə yeni baş məşqçinin təyinatına qədər bu iki nəfər rəhbərlik edəcək. Federasiya yeni baş məşqçi təyinatı üçün müəyyən pauza götürməyi məqsədəuyğun sayıb.

 

Xatırladaq ki, Skaloni Sapmpaolinin ştabında yer alırdı. Aymar isə 17 yaşlılardan ibarət millinin baş məşqçisi idi.

 

Millinin qarşıdakı oyunları Qvatemala və Kolumbiyaya qarşı olacaq.

XƏBƏR LENTİ